https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-07/231220_hgx8zt054t.jpg Pul və ruh - Rövşən Yerfi yazır
https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2024-05/312988_fjdm479f4t.jpg Dünya mətbuatının Qarabağ mövzusuna baxışı
search
8 May 2024

Toşak: "Xəzər Lənkəran”ın hədəfi ölkə kubokunu qazanmaqdır"

Toşak: "Xəzər Lənkəran”ın hədəfi ölkə kubokunu qazanmaqdır"

Bu gün “Xəzər Lənkəran” yeni baş məşqçisi Con Benjamin Toşakı ictimaiyyətə təqdim edib.

Qol.Az-ın məlumatına görə, çoxsaylı jurnalistlərin iştirak etdiyi tədbirdə klubun vitse-prezidenti Tuyqun Nadirov uelsli mütəxəssisin “XL”ə gətirilməsinin klubun tarixində önəmli hadisələrdən olduğunu söyləyib.

Jurnalistlərin suallarını cavablandıran C.Toşak bildirib ki, hələlik komandayla tanış olmayıb. Onun sözlərinə görə, bu səbəbdən kimlərin komandadan göndəriləcəyi və kimlərin gətiriləcəyi haqda indidən fikir bildirmək istəmir.

“Xəzər Lənkəran”a transferinin necə baş tutması haqda danışan C.Toşak ona ilk olaraq bu haqda “Beşiktaş”ın sabiq prezidenti Yıldırım Dəmirörən tərəfindən məlumat verdiyini söyləyib: “Bundan sonra Mübariz Mənsimovla söhbətim oldu, sonra onunla danışıq aparmaq üçün İstanbula gəldim”.

“Xəzər Lənkəran”ın bundan sonra Britaniya futboluna üstünlük verəcəyi haqda suala cavabında C.Toşak deyib ki, bu haqda indidən fikir yürütmək doğru olmaz: “Biz futbolçulara uyğun taktika quracağıq”.
 

Toşak qeyd edib ki, "Xəzər Lənkəran"ın çılğın azarkeşləri olması haqda artıq onda məlumat var. Uelsli mütəxəssis tezliklə Lənkərana gedib orada komandanın bazasının durumu ilə tanış olmaq istədiyini söyləyib.

Con Toşak Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun uzunmüddətli təlim-məşq toplanışları təşkil etməsi ilə bağlı sualı da cavablandırıb.

Qeyd edib ki, məşqçilik təcrübəsində hələlik belə hallarla qarşılaşmayıb: “FİFA və UEFA-nın milli komandalar üçün normaları var, hamı bunu uyğun hərəkət edir. Foqtsla yaşıl meydanlarda futbolçu və məşqçi kimi qarşılaşmışam. Onunla görüşmək istəyirəm”.

Uelsli mütəxəssis milli komandanın hamı üçün vacib olduğunu vurğulayıb. Lakin C.Toşak bildirib ki, “Xəzər Lənkəran”da çalışdığından onun göstərəcəyi nəticələrə daha çox önəm verəcək.

Fəaliyyəti dövründə yerli, yoxsa əcnəbi futbolçura üstünlük verəcəyi haqda suala cavabında Toşak deyib: “Əvvəlcə yerli futbolçuların potensialına bələd olmaq istəyirəm. Əgər yerli məhsul dadlıdırsa, marketdən niyə xarici mal alaq? Bunun mənası yoxdur”.

Doqquz illik tarixi olan “Xəzər Lənkəran” indiyədək on məşqçi dəyişməsi haqda sualı isə Toşak belə cavablandırıb: “Bu, əslində mənə aid sual deyil. Amma onu deyə bilərəm ki, “Real” kimi komanda da son 12 ildə 14 məşqçi dəyişib. Yəni belə hallar Avropanın güclü klublarında da baş verir”.
 
C.Toşak “Xəzər Lənkəran”da bu mövsüm üçün hədəfinin Azərbaycan kubokunu qazanmaq olduğunu söyləyib: “Mən kuboka sahib olmağı sevirəm. Karyeramda çox ölkənin – İspaniya, Türkiyə, Uelsin – kubokuna sahib olmuşam”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.