Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində qətl hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bir neçə dəqiqə bundan əvvəl qonşular arasında silahlı insident baş verib, nəticədə dörd nəfər güllə yarası alıb. Onlardan biri, 24-25 yaşlarında olan Aşurov Zaur Əliyusif oğlu hadisə yerində keçinib, 3 nəfər isə Şırvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Polis qətl törədənin tapılması üçün əməliyyata başlayıb.
Şirvan şəhər mərkəzi xəstəxanasından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, yaralılar insident zamanı dünyasını dəyişmiş Aşurov Zaur Əliyusif oğlunun qardaşı, 1982-ci il təvəllüdlü Aşurov Davud Əliyusif oğlu, 1970-ci il təvəllüdlü Nağdəliyev Yavər Səyyar oğlu və 1984-cü il təvəllüdlü Abdullayev Rəşad Eldar oğludur.