“Neftçi” klubunun futbolçusu Araz Abdullayev yol qəzası törədib.
Yarımmüdafiəçi bu gün günorta saatlarında klubun bazasına yollanarkən idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub.
Süpürgəçilərdən biri yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb.
“Neftçi” klubundan Qol.Az-a verilən məlumatda futbolçunun qəza törətməsi faktı təsdiqlənib.