Aprelin 1-də tanınmış yazıçı-publisist Aqil Abbasın 60 yaşı tamam olur.
525.az-ın məlumatına görə, yazıçı yubiley axşamını “Nizami” Kino Mərkəzində “Dolu” filminin nümayişinə qatılmaqla keçirəcək.
Yazıçı bütün dostlarını, həmkarlarını, bu xoş gününü onunla keçirmək istəyən hər kəsi aprelin 1-də, saat 19:00-da “Nizami” Kino Mərkəzinə “Dolu”nin ictimai baxışına dəvət edir.