Bakıda mənzillərdən külli miqdarda qızıl və pul oğurlamış şəxs tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 24-ü saat 22 radələrində Ə.Ələkbərov küçəsində yaşayan Əsgər Budaqovun mənzilindən 11 min manat, 1 min avro, 16 min manat dəyərində qızıl-zinət əşyaları, Elmira Pirverdiyevanın mənzilindən isə 16 min manat, 70 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN BCAİ, NHİX, BPİ NHİX, TŞX, Yasamal RPİ CAŞ və 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Eldəniz Hüseynov martın 31-də yaxalanıb.