|
|
|
|
İğdırda içərisində hərbçilər olan maşınla yük maşınını toqquşması nəticəsində bir əsgər şəhid olub, yeddi əsgər yaralanıb.
APA-nın məlumatına görə, İğdır Dövlət Xəstəxanasına gətirilən əsgərlərdən üçünün vəziyyətinin ağır olduğu bildirilir. Qəzada ölən və yaralanan əsgərlər Aralıq qəsəbəsi Körpü Jandarma nəzarət-buraxılış məntəqəsində xidmət edirmiş. Yaralı əsgərlərə baş çəkən İğdır valisi Əhməd Pek hərbi maşını vuran yük maşınının Dilucu sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycandan gəldiyini bildirib