Barəsində cinayət işi açılaraq axtarışa verilən müğənni Rəqsanə İsmayılovanın yeri bəllidir.
anspress-in məlumatına görə, müğənni hal-hazırda Türkiyənin İstanbul şəhərindədir.
Son ayları Bakıdan uzaq gəzən müğənni gah Moskvada, gah da Türkiyədə olur. Aktiv sosial şəbəkə istifadəçisi olan Rəqsanə hara gedirsə şəkil çəkdirib səhifəsində paylaşır. Müğənninin son paylaşdığı foto İstanbulda çəkilib. Məclislərin birində çəkdirdiyi şəkillərə müğənni belə bir şərh də verib: "Bu xanımlar Türkiyədə çox hörmətli xanımlardı və mənim ailəmə mənə çox yaxındı. Bu oğlan isə Özgür Arasdı. İstanbulda çox tanımış prodüserdi".
Rəqsanə bu fotoları paylaşdıqdan sonra, "Bir gündən sonra onların yanında olacam" yazdığı statusu paylaşıb.
Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsi müğənni Rəqsanə İsmayılovanın axtarışa verildiyini bildirib. R. İsmayılova barəsində 5 nəfərin şikayət ərizəsi əsasında istintaq araşdırması başlanılıb. Bu şəxslər müxtəlif epizodlar üzrə müğənninin onların etimadından sui-istifadə edərək, aldadıldıqlarını, külli miqdarda vəsaitlərinin mənimsənildiklərini bildirirlər. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə axtarış elan olunub.