Aprelin 9-da saat 08.30 radələrində Şəkidə intihar hadisəsi baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Kiçik Dəhnə kənd sakini Südabə Qasımova evində ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerindən 1 ov tüfəngi götürülüb.