|
|
|
|
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə qeydə alınmış hadisə barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hər iki əsgər hospitaldadır və vəziyyətləri ağır qiymətləndirilir. "Onların müalicəsi üçün nə lazımdırsa edilir”.
Onun sözlərinə görə, Xaliqov Bayram Rafiq oğlu Nəsimi rayonundan, Musazadə Abbas Natiq oğlu isə Füzuli rayonundan hərbi xidmətə çağırılıb.
Abbas Musazadənin yaxınlarının ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, yaralı əsgər Bakıya göndəriləcək. hazırda onu paytaxta gətirmək üçün helikopterin gəlməsi gözlənilir.
***10.18
Ötən axşam Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə hadisə baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hərbi hissənin qazanxanasında partlayış olub.
Hadisə nəticəsində iki əsgər - Binəqədi Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Musazadə Natiq və Ağsu hərbi komissarlığından hərbi xidmətə çağırılan Bayramov Xaliq Rafiq oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Natiq Musazadə 3-cü, Xaliq Bayramov isə 2-ci dərəcəli yanıq xəsarətləri ilə hərbi hospitala yerləşdiriliblər.