|
|
|
|
İmişlidə dəhşətli avtomobil qəzası baş verib.
İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 13.00 radələrində İmişli rayonunun Məmmədli kəndi ərazisində baş verib.
İlkin məlumatda bildirilir ki, “Shacman” markalı avtomobillə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər hadisə yerində ölüb.
Hadisənin təfərrüatları və ölənlərin adları dəqiqləşdirilir.



