Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi dünən Lənkəran Dövlət Universitetində əməliyyat keçirib.
Lənkəran sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub.
Sakinlər bildiriblər ki, Qorxmaz Ağayev hazırkı rektor Asəf Isgəndərovun köməkçisi olmaqla yanaşı, həm də bacısı oğludur. Mediada tez-tez gündəmə gələn rektorun hətta bu yaxınlarda həbs olunacağı barədə də məlumat yayılmışdı.
Qeyd edək ki, dünən gecə saatlarında LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib.