https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024
3 May 2024

Tale Heydərov: “Bəlkə də büdcəmizdə eniş oldu”

Tale Heydərov: “Bəlkə də büdcəmizdə eniş oldu”

“Bu mövsümü komandamız üçün normal qiymətləndirirəm”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycan kubokunun finalında “Qarabağ”a qarşı keçirilən oyundan sonra jurnalistlərə deyib.

O deyib ki, komandası həm çempionatda, həm də ölkə kubokunda gözlədiklərinin minimumunu əldə edib. Klub prezidenti deyib ki, onlar daha yaxşı yaxşı nəticə istəyiblər: “Məqsəd çempion olmaq, heç olmasa kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Çalışacağıq ki, gələn dəfə buna nail olaq”.
 
Tale Heydərovun sözlərinə görə, “Qarabağ”ın peşəkarlığı, həm çempionatda, həm də ölkə kubokunda sabit oyunu “Qəbələ”nin istənilən uğuru qazanmamasında böyük rol oynadı: “Onlar ən böyük rəqibimiz idilər. Onsuz da əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda arasında olacaq. Mənə elə gəlir ki, bizə mane olan ən böyük faktor məhz “Qarabağ” oldu. Bizim də çox səhvlərimiz oldu, lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi komandalara xallar verdik. Hər şey öz səhvlərimiz ucbatından oldu”.

T.Heydərov bildirib ki, komandaya yeni futbolçuların cəlb edilməsi ilə bağlı son qərarı baş məşqçi verəcək: “Rəhbərlik olaraq hər cür dəstəyi verəcəyik. Ancaq büdcə ilə bağlı o mənada dəyişiklik ediləcək ki, artım olmayacaq. Bəlkə də eniş oldu, amma az-çox eyni büdcə ilə davam etmək fikrindəyik. Bir neçə futbolçu almağı da düşünürük”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.