Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 12-də Rusiyaya səfər edəcək.
MM-dən APA-ya verilən məlumata görə, Ə. Hüseynli Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüş keçirəcək.
Görüşdə parlamentlər arasında əlaqələrinin möhkəmləndirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq.