|
|
|
|

Bakıda mənzildən xeyli miqdarda qızıl oğurlanıb.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1981-ci il təvəllüdlü Emil Zeynalov polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 25 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.



