https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Fərid Məmmədov: “Qarşılanmadan da, münasibətdən də çox razıyam”

Fərid Məmmədov: “Qarşılanmadan da, münasibətdən də çox razıyam”

“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycana ikincilik qazandıran Fərid Məmmədov bu gün Heydər Əliyev Sarayının qarşısındakı parkda Heydər Əliyevin heykəlini ziyarət edib.

APA-nın xəbərinə görə, F.Məmmədovu parkda gənclər və universitet tələbələri qarşılayıb.
 
Daha sonra jurnalistlərin suallarını cavablandıran Fərid müsabiqədə birincilik qazana bilməməsindən təəssüfləndiyini bildirib: “Müsabiqəyə çox ciddi hazırlanmışdıq. Amma təəssüf ki, birinci yerə çıxa bilmədik. Hər il olduğu kimi, bu il də çox gözəl performanslar var idi”.
 
Media və ictimaiyyət tərəfindən soyuq qarşılanması barədə xəbərlərə aydınlıq gətirən iştirakçı bunun həqiqətə uyğun olmadığını bildirib: “Mən səhər tezdən ölkəyə gəldiyim üçün heç kimə xəbər verilməsini və heç kimi narahat etmək istəmədim. Təəssüflər olsun ki, bu məsələ bu cür işıqlandırılıb. Əksinə, mən qarşılanmadan da, münasibətdən də çox razıyam”.
 
“Eurovision 2013” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova da Fərid Məmmədovun dediklərini təsdiqləyib: “Bu günə kimi Azərbaycandan olan ifaçılar arasında ən təvazökarı olan Fərid özü mətbuat nümayəndələrinin dəvət olunmasını istəmədi və təbii ki, biz onun fikrinə hörmətlə yanaşdıq”.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.