https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Aygün Kazımovanın Türkiyədə yeni iş birliyi- Foto

Aygün Kazımovanın Türkiyədə yeni iş birliyi- Foto

Xalq artisti Aygün Kazımovanın məşhur türkiyəli oranjemançı və bəstəkar Murat Yeterlə olan işbirliyi xəbəri Türkiyə mediasında yer alıb.

Axşam.az-ın məlumatına görə, müğənni sonuncu Türkiyə səfəri və bugünkü layihələri haqqında fikirlərini bölüşüb:

“Murat Yeterin orkestri artıq mənim orkestrimdir. Bundan sonra bütün səfərlərimdə, dünya əhəmiyyətli layihələrimdə məni onlar müşayət edəcəklər. Hazırda bütün konsert proqramım hazırdır. Kliplə bağlı bütün işlər də artıq yekunlaşıb. Təqdimat mərasiminə jurnalistlər siyahı ilə buraxılacaqlar. Layihəmizə qərəzli yanaşıb cürbəcür fotoşop şəkilləri ilə təbliğat aparanlar zəhmət çəkib gəlməsinlər. Qapı arxasında qalacaqlar”.

Qeyd edək ki, Aygün Kazımova və Snop Doq iyulun 7-də İstanbul "Beşiktaş İnönu Stadion"unda dünya turnesinə start verəcəklər. Həmin stadionda bu günə qədər Brayan Adams, Elton Con, Maykl Cekson, Madonna, Tina Turner kimi məşhur ulduzlar çıxış ediblər. Mayın 30-da isə Rihanna "Beşiktaş İnönu Stadion"unda çıxış edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.