https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
search
3 May 2024
2 May 2024

Üçqat dünya çempionu: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”

Üçqat dünya çempionu: “Asan deyildi, ancaq turnirə əla hazırlaşmışdım”
Almaniyanın Hamburq şəhərində kişi boksçuların dünya çempionatı başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, mundiala 4 idmançı ilə qatılan millimiz iki medal qazanıb.
 
Boksçularımızdan Kamran Şahsuvarlı üçüncü olduğu halda, ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
 
Vətənə dönən komandamızı hava limanında qarşılayan Apasport.az-ın müxbiri dünya çempionu Məhəmmədrəsul Məcidovun fikirlərini öyrənib.
 
- Qələbə münasibətilə təbrik edirəm. Nə hiss edirsiniz?

- Təşəkkür edirəm. Çox xoş, çox gözəl hisslərdir. Azərbaycan adına üçüncü qızıl medalı qazandığım üçün fəxr edirəm. Məni dəstəkləyən, azarkeşlik edən hər kəsə minnətdaram.
 
- Həlledici döyüş necə keçdi?

- Əlbəttə ki, asan deyildi. Ancaq əla hazırlaşmışdım. Məşqçilər heyətinin və rəhbərliyin dəstəyini mütləq qeyd etməliyəm. Bütün bu nüansların köməyi ilə qələbə qazana bildim.
 
- Komanda yoldaşlarından bəziləri hakim ədalətsizliyi səbəbindən məğlub oldu. Bu barədə nə deyə bilərsiz?

- Düzünü deyək ki, bizim uşaqlardan heç biri uduzmadı. Hər biri layiqli mübarizə apardılar, döyüşdülər. Bir bürünc medalımız da var. Buna görə də düşünürəm ki, yaxşı nəticə qazanmışıq.
 
- Komanda hesabında Avropa ölkələri arasında hər kəsi qabaqladınız...

- Bəli, Avropada birinci yerdə qərarlaşdıq. Dünyada isə 4-cü olduq. Mundiala cəmi 4 idmançı ilə yollansaq da, bu, əla nəticədi.
 
- Hakimlik haqqında nə deyə bilərsiniz?

- Hakimlik haqqında nə deyə bilərəm? Mənə qarşı bir qərəz olmadı.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.