Pxenyanın nüvə və raket sınaqlarını davam etdirməsi KXDR-lə danışıqların aparılmasını mümkünsüz edir.
APA-nın xəbərinə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert danışıb.
“Əlbəttə, hazırda onlarla danışıqların aparılmasının vaxtı deyil. KXDR nüvə və raket sınaqlarını davam etdirdikcə, danışıqlara başlamaq mümkünsüzdür”, - deyə Nauert qeyd edib.
Onun sözlərinə görə, Pxenyanla danışıqlar hazırda Koreya müharibəsi dövründə (1950-53 illərdə) əsir və itkin düşmüş amerikalıların aqibəti ətrafında aparılır.