
Qafqaz Universitetində V riyaziyyat-məntiq olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. İlk öncə tədbir iştirakçıları Qafqaz Universitetinin fəaliyyətinə həsr olunmuş videoçarxa baxıblar. Pİ klubunun rəhbəri Səbinə Əliyeva çıxış edərək bildirib ki, klub 2007-ci ildən fəaliyyət göstərir. Qafqaz Universitetinin “Pİ” klubu olimpiadanı ölkənin ayrı-ayrı şəhər və rayonlarının ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında keçirib. Bilik yarışının birinci mərhələsində 1650, ikinci mərhələsində 245 şagird iştirak etmiş, qaliblər müəyyənləşdirilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova vurğulayıb ki, təmsil etdiyi qurum Azərbaycanda bu cür bilik olimpiadalarının təşkil olunmasında maraqlıdır. Çünki belə addımlar gənc istedadların üzə çıxmasında və Azərbaycan təhsilinin inkişafında önəmli rol oynayır. Dövlət gənc nəslin dünya standartları səviyyəsində təhsil alması üçün hər cür şəraiti yaratmağı qarşısına məqsəd qoyub. Qafqaz Universiteti isə özəl ali təhsil müəssisələri arasında bu işdə özünəməxsus şəkildə mühüm rol oynayır.
Tədbirdə I, II və III yerləri tutan məktəblilərə mükafatlar təqdim olunub. Daha sonra çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniə bildirib ki, Azərbaycan bu gün dünyada özünün layiqli yerini tutur. O, olimpiada iştirakçılarına müraciət edərək onları Azərbaycanın gələcəyi adlandırıb.
Tədbirdə Qafqaz Universitetinin prorektoru Niftalı Qocayevə Təhsil Nazirliyinin fəxri diplomu da təqdim edilib. G.Hüseynovaya isə sertifikat verildi. Qaliblərə mükafatlarını universitetin prorektorları Ərdal K araman, Təyyar Mustafayev, N.Qocayev, G.Hüseynova təqdim ediblər. Qed edək ki, olimpiadanın sponsoru Fab boy aları şirkətidir. Tədbirin sonunda Fab boyalarına universitetin fəxri plaketi təqdim olundu. Mərasim universitetin tələbələrinin konsert proqramı ilə davam etdirildi.
S.Qarayeva



