|
|
|
|

Jurnalist Əvəz Zeynallı saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
Vəkil bildirib ki, hazırda o, Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır:
"Sabah onunla görüşəcəyəm. Hələ ki, onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər. Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb".



