https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Azərbaycan "Avro-2020" ilə bağlı işçi qrupu yaratdı

Azərbaycan "Avro-2020" ilə bağlı işçi qrupu yaratdı

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.

525.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlujmata görə, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılacaq. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi təyin olunub.

Qeyd edək ki, əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.