https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Kanada səfirliyi Azərbaycan yığmasına viza vermədi

Kanada səfirliyi Azərbaycan yığmasına viza vermədi
Kanada hökuməti Azərbaycanın kayak və kanoe üzrə milli komandasının 2014-cü ildə Çinin Nanjinq şəhərində keçiriləcək Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatında iştirakına icazə vermir. Bu haqda Lent.az-a Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva bildirib.
 
O deyib ki, ölkəmizin avqustun 1-də Kanadanın Velland şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında start götürəcək nüfuzlu yarışda təmsil olunmasına 2 dəfə rədd cavabı verilib. Kanadanın Azərbaycandakı səfirliyi olmadığından, Türkiyənin paytaxtı Ankarada yerləşən diplomatik nümayəndəlik müvafiq sənədləri geri qaytarıb. Sənədlərə dünya çempionatının əhəmiyyətsiz yarış olduğu dərkənarı qoyulub.
 
Əliyevanın sözlərinə görə, problemlə əlaqədar Beynəlxalq Kanoe Federasiyası (İCF), dünya çempionatının təşkilat komitəsi, eləcə də Azərbaycanın Xarici İşlər, Gənclər və İdman nazirliklərinə rəsmi müraciət olunub. İCF və təşkilat komitəsi də Kanadanın Ankaradakı səfirliyinə məktub yazsa da, müsbət cavab almayıb. AMAF rəsmisi iyunun 24-də Kanadanın Ankaradakı səfirliyinə yollanaraq, dünya çempionatının əhəmiyyətini anlatmaq fikrindədir: “Bakıdan Ankaradakı səfirliyə telefon açdıqda avtomatik cavab verilir və heç kiminlə danışmaq mümkün olmur. Ona görə də səfirliyə şəxsən müraciət edəcəyik”.
 
Qeyd edək ki, Velland şəhərindəki dünya çempionatı Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yeganə turnirdir. Kanada səfirliyi Azərbaycan yığmasının 2009-cu ildə Dartmut şəhərində böyüklər arasında keçirilmiş kayak və kanoe üzrə dünya çempionatında da iştirakına icazə verməyib. Lakin Azərbaycanın müvafiq qurumları işə qarışdıqdan sonra problem həll olunub.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.