|
|
|
|
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində yaralananların sayı 47 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya FHN nazirinin müavini Vladlen Aksenov bildirib.
“Hazırda yanğın nəticəsində yaralananların sayı 47 nəfər təşkil edir. Zərərçəkənlərə müvafiq tibbi yardım göstərilir”, - deyə, nazir müavini qeyd edib.
Hazırda 64 nəfərin itkin düşmüş hesab edildiyini deyən V.Aksenov yanmış binanın dağılması ehtimali olduğunu vurğulayıb.