https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Neftçi"dən sürpriz transfer

"Neftçi"dən sürpriz transfer

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakının "Neftçi" klubu sürpriz transfer gerçəkləşdirib.

Qol.Az-ın "Futbol +" qəzetinə istinadən verdiyi məlumata görə, "ağ qaralar" Azərbaycan futbolsevərlərinin yaxından tanıdığı, "Qəbələ" klubunun sabiq qapıçısı Pavel Doroşevsi transfer edib.

Latviya millisinin qolkiperi ilə bu gün bir illik müqavilə imzalanacaq. Transferi haqda danışan Doroşevs bunları deyib: "Gizlətmirəm, elə hisslər keçiriəm ki, sözlə ifadə etmək çətindir. "Neftçi"də oynamaq mənim üçün bir yuxu idi. Bu yuxunun gerçəkləşdiyinə hələ də inana bilmirəm".

Doroşevs bildirib ki, "Neftçi"yə keçidi bir göz qırpımında baş verib: "Məni yaxından tanıyan mencerlərdən biri "Neftçi"nin qapıçıya ehtiyacı olduğunu bildirib. "Metallurq"la müqaviləm başa çatdığı üçün bakılılarla danışıqlara başladım. Bir neçə dəqiqəlik danışıqdan sonra klub rəhbərliyi ilə biz-birimizi anladıq və Avstriyaya gəldim".

Qeyd edək ki, 2009-2012-ci illərdə "Qəbələ"də çıxış edən 32 yaşlı qapıçının son klubu Latviyanın "Metallurq" (Liepaya) komandası olub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.