|
|
|
|
Türkiyədə, Əskişəhər Osmanqazi Universitetində silahlı insident baş verib.
APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, hadisə universitetin Təhsil fakültəsində baş verib.
Müəllimlərdən biri həmkarlarına atəş açıb. Nəticədə 4 nəfər ölüb.
Şübhəli şəxs yaxalanıb.