"Şərqi Quta və Dumada kimyəvi hücum nəticəsində törədilən qətliamı lənətləyirəm".
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.
O bildirib ki, kimyəvi hücum nəticəsində qətliam törədənlər kim olursa olsun, ağır şəkildə cəzalandırılacaq:
“Bu istiqamətdə görüşlər və işləri davam etdiririk. Dünən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdıq. Bu təmaslar bu gün və sabah davam edəcək”.