https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

“Maşınla adam vurmağım barədə yazılanlar yalandır”

“Maşınla adam vurmağım barədə yazılanlar yalandır”

Türkiyə mətbuatı "Dənizlispor"dan ayrılaraq “Qəbələ”yə keçən azərbaycanlı futbolçu Rail Məlikov haqda sensasiyalı iddia irəli sürüb.

Qol.Az-ın məlumatına görə, "Huriyyət" qəzeti yazıb ki, R.Məlikov iki həftə öncə Bakıda şəxsi avtomobili ilə yol qəzası törədib. Qəza nəticəsində ağır yaralanan şəxsın yaxınları futbolçunu məhkəməyə verməmək üçün ondan 100 min avro istəyib.

Qəzet iddia edib ki, çətin vəziyyətdə qalan Məlikov "Dənizlispor" rəhbərliyinə zəng edib bu məbləği istəsə də, klub ona kömək edə bilməyəcəyini bildirib.

Bu zaman isə "Qəbələ" R.Məlikova trasnfer təklifi edib. Məlikov isə keçən mövsüm Türkiyə klubunun ona borclu olduğu pulun əvəzinfə "Dənizlispor"dan sərbəst agent statusu alıb və "Qəbələ" ilə müqavilə imzalayıb.

Qəzet iddia edib ki, Məlikov maşınla vurduğu şəxsə 100 min avro təzminatı ödəyərək həbsdən qurtarıb.

Lakin futbolçu azerisport.com saytına açıqlamasında bu məlumatın başdan-ayağa yalan olduğunu bildirib: “Belə bir məlumatı yayan şəxslər utanmalıdılar. Mən avtomobillə qəza törətməmişəm, heç kimi vurmamışam. Əgər belə bir hadisə baş versəydi, o dəqiqə xəbər çıxardı. Mənə elə gəlir ki, bunu “Denizlispor” rəhbərliyi qəsdən yayıb. Çünki onlar mənim gedişimə görə narazılıq edən azarkeşlər qarşısında necəsə bəraət qazanmalıdılar. Bunu də qəsdən edirlər ki, azarkeşlərin daha ciddi təzyiqi ilə üzləşməsinlər.

Əslində, məsələ belə olub. Təxminən iki həftə öncə mən onlardan alacağım pulu istədim. Səbəb kimi də problemimin olduğunu bildirdim ki, başa düşsünlər. Amma onlar yenə də həmin məbləği vermək istəmədilər. Mən klubdan ayrılandan sonra isə klub rəsmiləri belə boş-boş xəbərlər yayıblar”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.