Mayın 6-da Qazax Dövlət Dram Teatrında fransız yazıçısı Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsəri əsasında eyniadlı tamaşanın premyerası keçiriləcək.
Teatrın 80-ci mövsümündə hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir.
Əsas obrazı teatra dəvət olunan aktyor Mehman Dilqəmoğlu (Piriyev) canlandıracaq. Digər rolları aktyorlar Hacı Hacıyev, İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur.
Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.
Şahanə MÜŞFİQ