Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
İlham Əliyev
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncam imzalamışdır.
Xalq Cümhuriyyətinin yubileyi ölkəmiz üçün çox əhəmiyyətli hadisədir. Bu hadisə təkcə dövlət, həm də Şərqdə ilk demokratik dövlətin məhz Azərbaycanda qurulduğunu nümayiş etdirir. Dövlət başçısının sərəncamında da milli dövlətçilik salnaməsinin müstəsna dərəcədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsi vurğulanır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin dediyi kimi. "Azərbaycan hələ tam oxunmamış kitabdır".
Azərbaycan XX əsr tarixində üç dəfə dövlət yarada bilmişdir. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1921-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası və nəhayət, 1988-ci ildə baş verən hadisələrin davamı olaraq 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa edə bildik. Ancaq 1918-1920-ci illərədək müstəqilliyi qoruyub saxlaya bilmədik.
Məlum olduğu kimi, müstəqillik asanlıqla qazanılmamışdır. O, Azərbaycanın mərd oğul və qızlarının qanı bahasına əldə edilmişdir.
Xalqımızın bir mürəkkəb kəlamında deyildiyi kimi: "Su gələn arxdan bir də gələcək". Nəhayət, 70 il sonra XX əsrin son onilliyində Azadlıq xalqımızın üzünə yenidən güldü. 18 oktyabr 1991-ci ildə Sovet imperiyası dağıdıldı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan özünün itirilmiş müstəqilliyini yenidən bərpa etdi. Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçiliyimiz yenidən bərpa olundu. Lakin yeni dövlətimizin bərpası kəskin qarşıdurmalar əsasında baş verdi. Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çəkişmələrə, digər tərəfdən isə tarixi düşmənimiz Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı...
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqqiliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni bir dövrü-müstəqil inkişaf dövrü başlandı.
XX əsr bəşər tarixində çox görkəmli yer tutur. XX əsrdə Azərbaycan xalqının həyatında çox böyük hadisələr baş vermişdir. Bu əsr Azərbaycan xalqı üçün surətli bir inkişaf dövrüdür. Azərbaycan öz coğrafi, siyasi vəziyyətinə, öz təbii sərvətlərinə görə bir çox dövlətlərin daim maraq dairəsində olmuşdur.
Azərbaycan Demokratik Respublikası, Azərbaycan Respublikası-müsəlman Şərqində ilk dəfə demokratik respublikasının əsasını qoymuş müstəqil Azərbaycan dövlətidir. 1918-ci il mayın 28-də yaradılmış, 23 ay yaşamışdır (1918, 28 may-1920, 28 aprel). Olduqca qısa müddətdə, həm də ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, AXC-nin həyata keçirdiyi tədbirlər (milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, demokratik dövlət quruculuğunun başlanması, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış uğurlu addımdır və s.). Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.
"Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsi də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu" (H.Əliyev).
AXC dövründə 5 dəfə hökumət təşkil edilmişdi. Birinci üç hökumətə (28.05.1918-14.03.1919) F.Xoyski, 4-cü və 5-ci hökumətlərə (14.03.1919-30.03.1920) N.Yusifbəyli başçılıq etmişlər. Azərbaycanın ərazi bütövlüyünün qorunması AXC hökumətinin fəaliyyətində daim öncül yer tutmuş və ümdə vəzifələrdən biri sayılmışdır. Azərbaycan ərazisinin elə bir bölgəsi olmamışdır ki, ora AXC hökumətinin diqqətindən bir an belə kənarda qalsın. Bu baxımdan, Naxçıvan diyarına və Zəngəzur mahalına münasibət xüsusi qeyd edilə bilər. "Azərbaycan parlamentinin yaradılması haqqında qanun"da göstərildi ki Azərbaycan ərazisini təşkil etdiyinə görə, parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasından (Naxçıvan, Şərur, Ordubad nəzərdə tutulur) üç nəfər millət vəkil seçilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq dövründə elə işlər gördü ki, nəinki tarixin, habelə millətin yaddaşına həkk oldu. Belə müqəddəs faktlardan biri Azərbaycanda Universitetin yaradılması hadisəsidir. M.Ə.Rəsulzadə Xalq Cümhuriyyəti Parlamentinin 21 avqust 1919-cu il tarixli iclasında universitetin açılması haqqında müxtəlif rəyləri şərh edir və göstərirdi ki, belə bir elm-tədris müəssisəsi üçün professor heyətinin əsası da hazırdır. Onun fikrincə, əlbəttə, "yaxşı olardı ki, bu elm və mədəniyyət mənbəyi türkcə olaydı". M.Ə.Rəsulzadə göstərdi ki, "bu universitet tezliklə mütləq türkcə olacaq". O, univrsitetin və orada tədrisin təşkili sahəsində Rusiya, Yaponiya, Türkiyə təcrübəsini misal gətirərək çətinliklərdən qorxmamağa çağırırdı. Bu çağırış və cümhuriyyətin fəallığı ilə ilk müstəqil dövlətimizin milli universiteti yarandı.
İllər ötdü və xalqımız ağır məşəqqətlərdən keçib öz müstəqilliyini yenidən qazandı. Xalq Cümhuriyyətinin 70 il qadağan edilmiş üçrəngli bayrağını ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qaldıran Ümummilli liderimiz Heydər Əliyev bu müstəqil dövlətin bütün atributlarını, arxitektonikasını qurandan sonra dedi: "Müstəqilliyimiz dönməzdir, əbədidir". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu dövlətin həmin bayrağını ən böyük beynəlxalq təşkilatlarda, bu ölkənin sözünü dediyi mötəbər yığıncaqlarda söz kürsüsünün önünə çıxartdı və fəaliyyətinin bütün istiqamətlərində qürur hissilə Xalq Cümhuriyyətinin qiymətini verdi. Bu böyük insan dövlət atributlarımız haqqında dəyərli fikirlər söyləmişdir: "Bayraq hər bir dövlətin təmsilçisi və rəmzidir".
Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamını rəhbər tutaraq, rəhbərlik etdiyim kollektivlə il ərzində müxtəlif vasitələrlə pedaqoji kollektivi təlimatlandırıram, belə ki, məsləhət saatları keçirməklə növbədənkənar pedaqoji şuralar çağırmaqla müxtəlif mövzularda məruzələrlə çıxış etmişəm. Eyni zamanda, pedaqoji kollektiv arasında sorğu və müsabiqələr keçirmişəm ki, tərbiyəçilər də öz növbəsində hər yaş qrupuna uyğun uşaqları məlumatlandırsınlar. Pedaqoji kollektivimiz musiqi rəhbəri ilə birlikdə hər il "28 May Azərbaycan Demokratik Respublikasının yaranması" günü ilə əlaqədar uşaqlarla tədbirlər keçirirlər. Musiqi zalında keçirilən tədbirlər marş sədaları altında əllərində 3 rəngli bayraqlarla zala daxil olub, dövlət himnimizi oxuyub, müxtəlif şeirlər söyləyib mahnılar oxuyub, milli rəqslər, musiqili-ritmik hərəkətlərlə çıxış edirlər.
Ulu öndərimiz H.Əliyev üzünü məktəbəqədər təhsil işçilərinə tutaraq demişdir: "Milli vətənpərvərlik, hərbi vətənpərvərlik hər bir vətəndaşın hələ körpəlikdən həyat prinsipi, idealı və nizamnaməsi olmalıdır".
Bu şərəfli məsuliyyətli iş biz məktəbəqədər təhsil müəssisə işçilərinin üzərinə düşür. Hər bir təhsil işçisi, yaradıcı qabiliyyətə, dərin təfəkkürə malik olmalıdır. Məktəbəqədər dövr ilk vətənpərvərlik hissləri formalaşmağa başlayır. Vətənpərvərlik düşmənə nifrət gücləndirir, qisas hissini artırır. Tarixi Memar, Ulu öndər H.Əliyev demişdir. "Uşaqlarımız məktəbəqədər yaş dövründən başlayaraq bəşəri dəyərlərdən istifadə edərək, milli zəmin üzərində, milli adət-ənənələr ruhunda tərbiyə olunmalıdır".
Ümummilli liderimiz, böyük tarixi şəxsiyyət Heydər Əliyevin tövsiyələri bu gün də aktualdır və həmişə öz aktuallığını saxlayacaq! Bu fikirlər bizi milli adət və ənənələrimizi, milli əxlaqımızı qoruyub-saxlamağa, vətənpərvər olmağa səsləyir.
Sədaqət RƏhimova
Pedaqogika üzrə fəlsəfə doktoru, Xətai rayonu 240 saylı körpələr evi-uşaq bağçasının müdiri