|
|
|
|

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdən biridir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlüislahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisindəözünəməxsus yer tutub.
Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub, AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türkdili adlanan Azərbaycan dili dövlət dili elan olunub. Bu gün həmin tarixi hadisədən100 il ötür. Cümhuriyyətin qısa müddət ərzində dil sahəsində həyata keçirdiyi tədbirlərxalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. AXC öz dil siyasətini həyata keçirməküçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək, 28 avqust 1918-ci ildə ibtidaivə orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 27 dekabr 1918-ci ildə ordu dilinin Azərbaycan-türk dili olduğu barədəəmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslartəşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsaitayrılıb. Parlamentin 21 avqust 1919-cu il tarixli iclasında Bakı Universitetinin (indikiBakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar özçıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılmasıməsələsinə də xüsusi diqqət yetiriblər. Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə AzərbaycanSSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət diliolması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlətdili olması barədə maddə daxil edilib. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin dahada inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilirdi ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və AzərbaycanRespublikası Azərbaycan dilinin inkişafını təmin edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusiönəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan ümumilli lider Heydər Əliyev 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinintəkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafıboyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmışproblemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan diligününün təsis edilməsi haqqında” imzaladığı fərmana əsasən isə, hər il avqustun 1-nin Azərbaycan Respublikasınında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi qərara alınıb. Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyətidövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 12 yanvar 2004-cü il tarixdə“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”sərəncam imzalayıb. Sərəncama əsasən, dərsliklər, elmi əsərlər, lüğətlər və bədiiədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraqistifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətliolub.
Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adınaDilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəmühüm sənədlərdir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Anadilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığımühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da öz növbəsində vətəndaş borcunuyerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli,onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimiziqoruya və nəsildən-nəsilə ötürə bilərik.
Nərgiz QƏHRƏMANOVA



