|
|
|
|

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu il əlilliyi olan daha 1500 şəxsi münasib iş yerləri ilə təmin edib.
525.az-a bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, sözügedən dövrdə əlilliyi olan 131 şəxsi peşə kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.



