|
|
|
|

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Tir şəhərindəki hədəflərə zərbələr endirib.
525.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri şəhər sakinlərinin təxliyəsi üçün bildiriş yayıb. Sakinlər ərazini tərk edərək, sığınacaqlara yerləşiblər. Qeyd olunub ki, Tir şəhəri ilk dəfədir ki, hədəf seçilir. Minlərlə məcburi köçkün əvvəllər bura sığınıb, indi isə məhəllədən köç müşahidə olunur. İsrail ordusunun hücumu Livanın cənubunun digər ərazilərində də qeydə alınıb.
Qeyd edək ki, Tir şəhəri UNESCO-nun Dünya İrsi Siyahısına daxildir.
Pərvanə Sultanova



