|
|
|
|

"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və sahibkar Cared Kuşnerin Rusiyaya səfəri ilə bağlı hələlik dəqiq tarix yoxdur".
525.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Kreml onları istənilən vaxt qarşılamağa hazırdır.
Peskov əlavə edib ki, Ukrayna məsələsi üzrə vasitəçilik prosesində hələlik pauza yaranıb:
"Bununla belə, Amerika danışıqçıları əlaqələri davam etdirirlər. Bizimlə və ukraynalılarla mövcud kanallar vasitəsilə əlaqələr davam edir".
Pərvanə Sultanova



