|
|
|
|
İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə zərbələr endirib.
APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
“Bu gün İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirir”, - məlumatda deyilir.