BŞ-ın və Böyük Britaniyanın İrana dair fikir ayrılığı iki ölkənin digər sahələrdə münasibətlərinə əngəl olmamalıdır.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Xant Vaşinqtonda Sülh Universitetində çıxış edərkən bildirib.
C.Xant deyib: "Siz ən yaxın müttəfiqola bilərsiniz, amma aranızda fikir ayrılıqları ola bilər. Biz hesab edirik ki, İranın nüvə proqramının inkişafını dayandırmaq üçün ən yaxşı üsul - nüvə sazişinə sadiq qalmaqdır. Lakin Trampın administrasiyasının bu məsələdə başqa fikiri var. Mən düşünmürəm ki, bu, regionda və bütün dünyada mütləq müttəfiq olduğumuz böyük sayda ümumi maraqlara mane olmamalıdır".