Bakı şəhərinin Sabunçu rayonunda faciəvi hadisə baş verib.
Lent.az-ın məlumatına görə, Səbail rayon Bələdiyyəsinin sədri, rayon Su-Kanal Departamentinin sədri Rauf Abbaslının 3 yaşlı oğlu Maştağa qəsəbəsindəki bağ evinin həyətindəki hovuza düşüb. Azyaşlı boğularaq ölüb.
Məlumata görə, hadisə dünən baş verib. Uşaq nənəsinin nəzarətindən çıxıb və həyətdəki su hovuzuna yıxılıb.