https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Namiq Qaraçuxurlu həbs olunma xəbərindən danışdı

Namiq Qaraçuxurlu həbs olunma xəbərindən danışdı

Ötən gün mediada meyxanaçı Namiq Qaraçuxurlunun həbs olunması ilə bağlı xəbər yayılmışdı.

Axşam.az-ın məlumatına görə, xəbərlərin yalan olduğunu deyən sənətçi məsələyə aydınlıq gətirib.

Meyxanaçının bununla bağlı İnstaqram sosial şəbəkəsində yazdığı açıqlamanı təqdim edirik:

"Saytların birində belə bir məlumat yayılıb: guya mən həbs edilmişəm. Saytın rəhbərinin adını yazmıram ki, istədiyi kimi reklamı qazanar. Evvel bu xəbərə çox güldüm, sonra əsəbiləşdim. Bunu yazana və yazdırana hər təhqir düşür. Sadəcə buna mədəniyyətim imkan vermir. Bircə bunu deyə bilərəm ki, insan nə qədər Allahsız, azqınlaşmış ola bilər ki, Ramazan bayramında bu şəri atar".

Namiq Qaraçuxurlu haqqında yayılan həmin xəbəri təqdim edirik:

"Tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu polis tərəfindən saxlanılıb.
Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat daxil olub.
Mənbənin məlumatına görə, N.Qaraçuxurlu iki həftə öncə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Əməliyyatçılar tərəfindən saxlanılaraq, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gətirilən tanınmış meyxanaçı təxminən 10 saat burada saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Məlumatda bildirilir ki, bölmə rəisi N.Qaraçuxurlunu həbs etmək fikrindəymiş. Lakin xalq artisti İlhamə Quliyevanın polis bölməsinə gəlməsi, həbsin qarşısını alıb. Mənbə bildirir ki, İlhamə xanımdan öncə bir çox tanınmış sənət adamları rəisdən xahiş edib, lakin onların sözü eşidilməyib. Primaonna isə meyxanaçının “əfv” olunmasına nail olub. Mənbə iddia edir ki, gecəikən xalq artisti N.Qaraçuxurlunun arxasınca 16-cı polis bölməsinə gəlib.
Bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmadı.
Əslində, xəbərin polis və meyxanaçı tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Çünki meyxanaçının suçlu bilindiyi cinayətə rəğmən, onun sərbəst buraxılması qanun pozuntusudur.
Onu da söyləyək ki, meyxanaçının hansı səbəbdən saxlanılması bizə bəllidir, bəzi məsələləri tam dəqiqləşdirdikdən sonra hadisənin detallarını da təqdim edəcəyik".

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.