|
|
|
|
STAR Neft Emalı Zavodu (NEZ) Türkiyəyə ildə 1,5 milyard dollara qənaət etməyə imkan verəcək.
Bu barədə Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, bu layihə Türkiyədə ən vacib enerji layihələrindən biridir.
Bundan başqa, o da qeyd olunub ki, STAR NEZ Türkiyənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək.