https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

İki xalq artisti bir ilkə imza atacaq

İki xalq artisti bir ilkə imza atacaq

Xalq artistləri İlhamə Quliyeva və Zülfiyyə Xanbabayeva yeni lahiyə üzərində çalışır.

Bəstəkar Gövhər Həsənzadənin Axşam.az-a verdiyi məlumata görə, vətənpərvərlik mövzusunda olan bu layihələrlə Azərbaycanda bir ilkə imza atılacaq.

O, hər iki xalq artistinin xarici heyətlə çalışdığını bildirib:

“Prezident seçkiləri ilə bağlı İlham Əliyevə həsr edilən iki mahnı hazırlamışıq. Sözləri Cəlal Qurbanova, musiqisi mənə, aranjimanı isə Yaşar Baxışa aiddir. İlhamə Quliyevanın səsləndirəcəyi mahnı “Sən qalib gələcəksən” adlanır. Simfonik orkestrın, klassik musiqinin və müasirliyin sintezi olan bu bəstədə İlhamə xanım muğam da ifa edib. Ekran işində heç vaxt yayımlanmayan arxiv materiallarından istifadə olunacaq.

Zülfiyyə Xanbabayevanın təqdim edəcəyi mahnı isə “Sən azərbaycanlısan” adlanır. Bu ekran işi üzərində xaricdən gələn böyük yaradıcı heyət çalışır. Yenilik odur ki, klipdə heç bir arxiv materialdan istifadə olunmayacaq. Bütün görüntülər yenidir. Çəkilişlər vertolyotla Bakı səmasından, gəmi ilə Xəzər dənizindən aparılacaq. Bu kliplər dünya səviyyəsində olacaq. Azərbaycanda bu günə kimi belə bir iş ortaya qoyulmayıb”.

Hər iki klipi vətənpərvərlik mövzusunda olan işlərin öndəri adlandıran bəstəkar ekran işlərini sentyabrın 15-də təqdim edəcəklərini bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.