|
|
|
|
Roma Papası Fransisk bu gün tarixdə ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Trend-in "BBC News"a istinadən verdiyi məlumata görə, Katolik kilsəsinin rəhbəri ilk dəfə Ərəbistan yarımadasına səfər edir.
Bildirilir ki, Roma Papası Əbu-Dabi şəhzadəsi şeyx Məhəmməd bin Zaid əl-Nahayanın dəvəti ilə dinlərarası dialoq üzrə konfransda iştirak edəcək.
Bundan əlavə, Roma Papası bir sıra görüşlər keçirəcək.