Gürcüstanla Azərbaycan arasında sərhədlə bağlı danışıqlara böyük məsələlər qalmayıb.
ONA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, xarici işlər nazirinin müavini Xələf Xələfov nazirlər kabinetinə keçdikdən sonra danışıqlar üzərində yenidən məşğul olmaq zərurəti yaranıb:
“Sərhədlə bağlı danışıqlarda böyük rəqəmlərdən söhbət getmir. Biz istəyirdik və Gürcüstan tərəfinə də deyirik ki, gəlin bu məsələni çözək. Gec-tez bunu müəyyənləşdirməliyik”.