Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqton görüşünə münasibət bildirib.
Səfir APA-ya açıqlamasında deyib ki, Xarici işlər nazirlərinin görüşü pozitiv keçib.
O qeyd edib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həllinə maraq göstərir.
Qeyd edək ki, bu il iyunun 20-də Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilib.