Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Pakistan hökumətinin rəsmi “Twitter” səhifəsində məlumat verilib.
Nazirlər Cammu və Kəşmirdəki vəziyyəti müzakirə ediblər.
Pakistan xarici işlər naziri son vəziyyətlə bağlı azərbaycanlı həmkarını məlumatlandırıb.