Azərbaycana payız fəsli daxil olub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, payız fəslinin Azərbaycana gəlişi sentyabrın 23-ü Bakı vaxtı ilə saat 11.50-də qeydə alınıb.
Bununla da yay fəsli başa çatıb və ölkə ərazisinə payız fəsli daxil olub: "Bu gün payız gecə-gündüz bərabərliyi olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır".