Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair və elm xadimi, professor Famil Mehdinin anadan olmasının 85 illiyi münasibətilə "Famil Mehdi - 85" adlı kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə şairin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, haqqında yazılmış kitablar, dövri mətbuatda nəşr olunmuş şeirləri, məqalələri nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.