Malidə hərbi düşərgəyə minaatanlarla edilən hücum nəticəsində BMT-nin 18 sülhməramlısı və 2 mülki şəxs yaralanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Kidal regionunda yerləşən Tessalit hərbi düşərgəsində baş verib. Hücum zamanı düşərgəyə 15 mərmi atılıb.
Qeyd edək ki, bu düşərgədə əsasən BMT-nin Çad taboru yerləşir.