Veb-kameraların yoxlanılaraq hazır vəziyyətə gətirilməsi prosesi başa çatıb.
Secki-2020.az saytının xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın fevralın 5-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bununla bağlı texniki və digər işlər görülüb. "Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə veb-kamera quraşdırılıb. 119 seçki dairəsi üzrə 1000 veb-kamera quraşdırılıb”.
İclasda veb-kamera qoyulan məntəqələrin siyahısının dərc edilməsi ilə bağlı qərar qəbul edilib.