Keçən ay Azərbaycandan MDB ölkələrinə 138,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 46 milyon dollar çoxdur.
Yanvarda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 189 milyon 946 min dollar olub.