|
|
|
|
Yaponiya hökuməti yeni koronovirusun daha sürətlə yayılacağı halda ölkədə fövqəladə vəziyyət elan olunması üçün müvafiq qanunvericiliyin hazırlanmasını araşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 2-də Baş Nazir Şinzo Abe deyib.
Ş.Abenin dediyinə görə, hökumət yeni koronovirusun yayılması ilə əlaqədar kiçik və orta biznesə əlavə yardım göstərmək üçün 270 milyard yen (təqribən 2,5 milyard dollar) məbləğində yardım paketi hazırlayır.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara əsasən Yaponiyada yeni koronavirusa yoluxanların sayı 961 nəfərə çatıb, 12 nəfər vəfat edib. Yoluxanların əksəriyyəti – 705 nəfər “Diamond Princess” kruiz laynerinin sərnişinləri və heyət üzvləridir. Dünən axşam həmin gəmidə olan son heyət üzvləri gəmini tərk ediblər.
Bununla yanaşı, ölkənin şimalında yerləşən Hokkaydo prefekturasında fövqəladə vəziyyət artıq elan edilib.