|
|
|
|
Dünya üzrə koronavirusa (COVID-19) yoluxma hallarının sürətlə artması və problemin aktuallığını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyət çərçivəsində xüsusi video-çarxlar hazırlayıb.
Mərkəzdən APA-ya verilən xəbərə görə, vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması məqsədi daşıyan bu sosial video-çarxlarda koronavirusla mübarizə üsulları, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsi təşviq olunur.